səsli məktublar - podcast cover

səsli məktublar

Mirvari Həşimlipodcasters.spotify.com
Salam, yaşamımdaki şeyləri sizinlə bölüşür, gödüyüm, hiss etdiyim, düşündüyüm, anlamağa çalışdığım anları səsli məktublar formasında xatirə qutusuna toplayıram.
Last refreshed:
Follow this podcast in the Metacast mobile app to refresh it and see new episodes.
Download Metacast podcast app
Podcasts are better in Metacast mobile app
Don't just listen to podcasts. Learn from them with transcripts, summaries, and chapters for every episode. Skim, search, and bookmark insights. Learn more

Episodes

məni kimdən öyrənməliyəm?

bu aralar yeni bir yerə, yeni bir həyata və rutinə öyrəşməyə çalışarkən, özümlə bağlı çox sualım yaranır və hər dəfə cavablarını axtarışa çıxanda bundan bir-iki ay öncə beynimdə canlanmış suala geri qayıdıram, məni kimdən öyrənməliyəm? bu bölümdə bu sual üzərinə düşündüyüm həftələrdən, hətda aylardan ibarət fikirlərimi toplamışam və sonunda cavabı deyəsən tapa və qəbullana bilmişəm. neçə müddətdir üzərində durub danışmaq istəmədiyim ya da dünyayla və özümlə necə paylaşacağımı bilmədiyim zaman ar...

Jun 22, 202536 minSeason 2Ep. 31

dostum üçün

artıq iki ildir mesajlarıma geri dönüş ala bilmirəm, bu səbəbə görə bu səs qeydini sənə yollayıram. görüşəcəyimiz günə qədər bunu etməyə davam edəcəm.

May 04, 202542 minSeason 2Ep. 30

uzaqdan şeirləri xatırlamaq

insanın uzaqda olanda düşünmək, xatırlamaq üçün daha çox yeri və zamanı olur sanki. mən də bu zamanımın daxilində məni çox qınayan və uğursuz olacağımdan çox əmin olan birini kofe içməyə dəvət etdim. bəlkə bu səfər ətəyindəki daşları tökər və ikimizi də batırmağa çalışmaq əvəzinə, bunları niyə etdiyini açıqlayar deyə.

Apr 12, 202540 minSeason 2Ep. 29

konfet kağızlarının arasında gizlənmək

Yaşamaq, yaratmaq, hiss etmək, bəslənmək, var olmaq, zövq almaq, yer tutmaq üçün yaradılmış bədənlərimizi limitləməli olduğumuzu dünyanı öyrəndiyim zamanlardan bəri deyirdilər deyə, elə bilirdim haqlıdırlar. Uzun müddətdir danışmağı istədiyim, amma içdən-içə utanc duyduğum hekayələrdən ibarət bölümdür, zövq almaq, var olmaq, varlığımızın yer tutmasından qorxmamaq haqqında fikirlərimi danışmışam. Bu bölüm illər öncəki Mirvarinin yaşantılarından və zehnindən süzülüb gələnlər ilə birləşib. “Sizcə b...

Jan 18, 202530 minSeason 2Ep. 28

bir az söhbət edək ?

Yeni il başlamışkən biraz söhbət etmək, 2024-dən danışmaq, 2025 üçün nələr düşündüyümü demək və ümumi axışa göz gəzdirmək istədim. “ Demək istədiyim odur ki verdiyin ilk şansda da, bu sənin seçimin olmasa belə, ikinci şansda da, çətin olsa belə, səni aramızda görə bildiyim üçün və bu məktubu dinləyə bildiyin üçün şadam. Yaşama və hər saniyəsində verdiyin bütün şanslara dəyər olduğunu və səni sevdiyimi bildirmək istəyirəm. Bir sonraki bölümlərdə görüşməyi diləyirəm. Yeni başladığımız ildə, bunu n...

Jan 12, 202530 minSeason 2Ep. 27

kameralarla qeydə alınmış nostalgiya

uşaqkən atam birlikdə keçirdiyimiz günlərdə, kamerası ilə bölüşdüyümüz anları qeydə alırdı. böyüyərkəndə evdə film lentlərini, kameraları görürdüm. o zamanlar anları qeydə almağın önəmini, anları qeydə almağın insanı necə o anın içində saxlaya biləcəyini, anı və detalları tamlıqla dadmasına kömək edə biləcəyinin fərqində deyildim. taki, illər sonra öz günlərimi qeydə ala bilməyim üçün, anamın mənə polaroid kameramı(ilk işlətdiyim və sahib olduğum) kameranı alana qədər. o zamandan bu günümüzə kim...

Dec 08, 202428 minSeason 2Ep. 26

Özləri var idi, amma üzləri yox idi

əsrlərdir qadınları bədəni, seçimləri üzərindən qoyulan, müzakirə edilən qaydalarda, qanunlarda, fikirlərdə, zarafatlarda qadınlar xaricindəki hər kəsin fikrinin olması, zərrə-zərrə qazandığımız azadlıqların əlimizdən alınmasının asan olduğuna inanılması, 21-ci əsrdə hələ də dünyanın fərqli yerlərində ən təməl insan haqlarının qadağa olunması “yavaş-yavaş” insanı boğaza yığıb. bu qədər şey boğazıma yığılmışkən və hələ də danışa bilmə haqqımız varkən, səs olmaq istədim. Bu bölümdə xoş dinləmələr,...

Nov 09, 202443 min

2 yaşın qeydi və yeni dönəmin başlaması

bu bölüm, iki il ərzində podcastın həyatımda yaratdığı və sahib olduğu dəyəri, həyatımda, zehnimdə baş verən dəyişiklikləri qeyd etdiyim güvənli yer olması haqqında danışmışam. Bu zamana qədər dinləyən və dinləməkdə olan hər kəsə bolluca təşəkkürlərimi və sevgilərimi yollayıram. Var olmağa, yenilikləri həvəs və sevgi ilə qucaqlamağa davam edək!

Oct 24, 202431 minSeason 2Ep. 24

Kollajlamaq və zehnimizin axışı

Bu bölüm kollajlamaq və zehnimin axışı haqqında danışdığım bir bölümdür. Bölüm kollajın bir sənət növü olduğunu öyrənmə, onu istifadə etmə, zehin axışımda fərqindəlik yaşama, bu fərqindəliklərlə ehtiyaclarımı və daxili ilham qaynaqlarımı tapma proseslərim haqqında söhbətlərdən ibarətdir. Bu podcast bölümünün videolu formatıda mövcuddur.

Aug 22, 202419 minSeason 2Ep. 24

21

Sənin bacaracağına inanırdılar, sənin bacaracağına inanırsan. Sənə, sən var olduğun müddətcə heç solmayacaq qırmızı bir çiçək hədiyyə etmişəm. Ona yaxşı baxacağını bilirəm. İndi 21-dəyik. 21 ilə birlikdəyik. Gülüşünü özüm ilə hər zaman daşımışam və daşımağa da söz verirəm. Yeni yaşın, yeni yaşımız mübarək. 21 hər zaman səninlə bizimlə idi, hər zaman da elə olmağa davam edəcək.

Jul 29, 202447 minSeason 2Ep. 23

səyahətə başlayarkən

yeni bir səyahətə başlayarkən, bu səyahətin anlarını qeydə almağı və yayımlamağı istəyirəm. bu bölümü səyahətimə başlamazdan iki gün öncə qeydə almışam, axışda hiss etdiyim, düşündüyüm və danışmaq istədiyim şeyləri sizlə bölüşürəm. xoş dinləmələr :)

Jul 13, 202434 minSeason 2Ep. 22

Görüşlərdən söhbətlər

Özümə verdiyim tətil arasından sonra gəlib söhbətləşmək, görüşlərimdəki söhbətlərdən çıxarılan mənalar haqqında danışmaq istədim, xoş dinləmələr, yaxın zamanda görüşənədək, bolluca sevgilər

Jul 04, 202421 minSeason 2Ep. 21

Əmək vermək və itirmək qorxusu

Bu səs qeydində dispanserdə tanış olduğum rəssamın, yenidən sevdiyim şeylər üçün əmək verməyimə ilham olması və itirmək qorxumun məni həyatdan necə qopardığının fərqinə varmağımın hekayəsini danışıram.

Apr 07, 202421 minSeason 2Ep. 18

Saçıma düşən ilk ağ

bu gün aynadaki əksimdə fərqinə vardım ki, mən saçıma ağ düşəcək qədər yaşaya bilmişəm, bu bölümü qeydə almazdan bir müddət öncə niyə yaşamalı olduğumun fərqinə varmışdım. illər keçir, saçımıza ağ düşür və biz yaşamağı istəyə bilirmişik, bu gün anladım bunu mən, sizlədə bölüşmək istədim, dinlədiyiniz üçün təşəkkür edirəm.

Mar 14, 202411 minSeason 2Ep. 17

Sərbəst atış: Ortaya qarışıq

Salam, bu bölümün daxilində son zamanlarda beynimdə olan suallar, qərara gəldiyim və gəlmədiyim fikirlər, ortaya qarışıq, bir-biri ilə başda və sonda bağlılığı olan mövzular haqqındaki fikirlərimi danışmışam, qarmaşadaki sakitliyə xoş gəldiniz :) xoş dinləmələr.

Mar 08, 202441 minSeason 2Ep. 16

Narahatlıqlarla yaşamağa çalışarkən kəşf etdiyim gözəl şeylər

Uzun müddətdir narahatlıqlarla əl-ələ yaşayıram. Bəzən artıq davam edə bilməyəcəyimi düşündüyüm belə olur. Son zamanlarda narahatlıqlarıma və onları sakitləşdirmək üçün etdiklərimi analiz etdikcə, məni yaxşı və bütün hiss etdirən yeni amma köhnədən var olan şeyləri kəşf edirəm, bunların bəzilərini sizinlədə bölüşmək istədim🤍

Feb 17, 202444 minSeason 2Ep. 14

İşıq

Nərgizin yazdığı və bəstələdiyi mahnını bu linkdən dinləyə bilərsiniz: https://soundcloud.com/nargiz-aliyeva-435183036/yas-n-sonu?utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing

Jan 28, 202424 minSeason 2Ep. 1

gələn səhərlərə sevgilərlə

2023 boyunca mənimlə birlikdə olduğunuz üçün təşəkkürlər, bu ilki səyahətimizin sonuna gəldik. yeni başlayan səyahətimdə də məktublar göndərməyə davam edəcəm. sizi sevirəm, var olduğun üçün təşəkkürlər, səyahətimizdə uğur və sevgilər arzu edirəm. yeni ildə görüşənədək, sevgilərlə Mirvari’dən.

Dec 30, 202321 minSeason 1Ep. 12

19.22.25

"Unutma, kiməsə ehtiyacın yoxdu sənin, sən gördüyüm ən güclü birisən"- qardaş Mircavad Həşimli.

Aug 01, 202358 minSeason 1Ep. 10

Terapiyaya başlamağa ehtiyac varmı?

Salamm, bu bölümdə terapiyaya başlama, bu səyahət boyunca qarşılaşdığım, hiss etdiyim və yaşadığım bəzi şeylər haqqında danışacam. <3 Digər bölümlərdə görüşənədək.

Apr 30, 202339 minSeason 1Ep. 9

Evim

evim. bu bölümdə sənə evim haqda danışmaq istəyirəm. baxçası çiçəklərlə dolu, təmir etməsi çətində olsa, zamanımı, sevgimi və əməyi verərək möhkəmləndirdiyim, mənə aid formaya saldığım, azad olduğum, çox sevdiyim evim. böyüdüyüm, bəzi zamanlarda savaş verdiyim və tərk etməyə çalışdığım, zamanla dəyərini anladığım və daxilində yaşlanmağı ümid etdiyim canım evim <3 səni çoox sevirəm. dinlədiyin üçün təşəkkür edirəm.

Mar 22, 202334 minSeason 1Ep. 8

Sərbəst atış#2 Aidlik

Salamm, bu sərbəst atış bölümündə aidlik hissim və aid olduğum şeyləri tapmaq üçün çıxdığım yolda yeni nələr öyrəndiyim ilə bağlı danışacam<3 Uzun bir yol amma əyləncəli və dolu-doludur. Xoş dinləmələr, sevgilərlə, Mirvari<3

Mar 15, 202348 minSeason 1Ep. 6

Bölüşməli olduğum hekayə. Yemə pozuntuları bölüm. 2

Salamm, mən Mirvari Həşimli. Səni yenidən gördüyüm üçün çox sevindim. Bu bölüm biraz yorğunluq, hüzün, üzləşmə və yaxşıya doğru gedən sağalma yoluma əsaslanaraq qeydə alınmışdır. Dinləyəcəyin hekayə mənə aiddir. Bu bölümün açıqlamasında yazacaq çox uzun cümlələrim yoxdur, duyğularımı və düşüncələrimi bölüm daxilində yetərincə bölüşmüşəm məncə, bilməlisən ki, dinlədiyin üçün sənə təşəkkürlərimi yollayır və bənzər şeyləri yaşıyırsansa/yaşamısansa mən sənin yanındayam. Zamanla yaralarımızın izləri ...

Feb 18, 202320 minSeason 1Ep. 5

Necə davam edə bilərəm?

İki aylıq verdiyim aradan sonra, yenidən necə davam edə biləcəyimi düşünürdüm, yalnız podcast hazırlamağa deyil, yaşamda var olmağada. Sonunda bir cavab tapdığımda, bunu sənlə də bölüşmə qərarı aldım✨ Xoş dinləmələr, səni sevirəm❤️

Jan 03, 202311 minSeason 1Ep. 3
For the best experience, listen in Metacast app for iOS or Android